Bakıda “Qarabağ” və Norveç “Molde”si arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun oyununun təyinatları bəlli olub.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
FİFA referisi Con Bitona Daniel Makfarlan və Duqlas Potter laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək.
VAR-da Nikolas Valş, AVAR-da isə Steven Makleyn yer alacaq.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 20:45-də başlayacaq.