Joao Feliks axtardığı xoşbəxtliyi “Barselona”da tapıb. Uşaqlıqdan xəyallarını qurduğu komandaya gələn portuqaliyalı nəhayət, futboldan zövq ala bilir.

Futbolinfo.az xəbər verir ki, müqavilə ilə məxsus olduğu “Atletiko”da istədiyi oyunu sərgiləyə bilməyən gənc hücumçu ötən mövsümün ikinci yarısını “Çelsi”də icarədə keçirmişdi. Lakin bu yay da kimsə onu almadı. Madridlilər özü Feliksi heyətində saxlamaq istəmədi, tələb etdikləri transfer haqqını isə başqa klublar ödəyə bilmədi.

Belədə yenidən icarəyə yollanan Joao mövsümü “Barselona”da başa vurmalıdır: “Burada oynamaqdan çox məmnunam. Özümü belə bir möhtəşəm komandada isbatlamaq istəyirəm. “Barselona”da hamı özü işin görür. Həm duyğulu anlardır, həm də zövq alıram. Ailəm və özüm üçün bu dəyişikliyin müsbət tərəfləri çoxdur”.

İspaniya çempionatının son turunda qol hesabını açan Feliks sevinclidir: “İlk qolumu vurmaq üçün çalışdım və bunu bacardım. Amma ən önəmlisi Robert Levandovskinin fərqlənməsidir. Hücumçular həmişə qolla xoşbəxt olur”.

Shares: