AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun 15 nömrəli futbolçusu Pyer Zebli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Zirə” klubu 1500 manat cərimə edilib.
“Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Sumqayıt” klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Zirə” – “Sumqayıt” oyununda meydan sahibi klubun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Zirə” klubu 800 manat cərimə edilib.
“Zirə” – “Sumqayıt” oyununda qonaq komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Neftçi” oyununda “Araz-Naxçıvan” klubunun 42 nömrəli futbolçusu Kadiri Mohammed ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilib.
“Kəpəz” – “Səbail” oyununda PFL-in Əsasnaməsinin tələbləri pozulduğuna görə (internetin olmamasına görə) “Kəpəz” klubuna xəbərdarlıq edilib.
“Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Turan Tovuz” klubu 500 manat cərimə edilib.
“Turan Tovuz” – “Qəbələ” oyununun 30-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Xaqani Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra baş hakimi təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Qəbələ” klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.