Mats Hummels karyerasını başa vurmağa hazırlaşır. Dortmund “Borussiya”sının müdafiəçisi qərarını verib.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı mərkəz müdafiəçisinin hazırkı klubu ilə müqaviləsi yayda başa çatacaq. O, yeni sözləşmə imzalamaqda maraqlı deyil və fikrini rəhbərliyə çatdırıb. Almaniya millisinin üzvü ərəb ölkələrindən aldığı təkliflərdən də imtina edib.

“Bayern” yetirməsi 2008-ci ildə “Borussiya”ya keçib. 2016-cı ildə münhenlilər onun üçün 35 milyon avro ödəyərək geri qaytarsa da, 3 il sonra yenidən 30 milyon avroya Dortmund klubuna satdılar.

Shares: