“Mançester Siti” yeni kapitanını seçib. Yaxınlarda klubla müqaviləsinin müddətini artıran Kayl Uolker 2023/24 mövsümündə sarğının əsas sahibi olacaq.
Futbolinfo.az xəbər verir ki, Kevin de Brüynenin zədələnməsindən sonra baş məşqçi Xosep Qvardila daimi kapitana ehtiyac duyduğunu bildirib. Məsləhətləşmələrdən sonra qərar verilib.
İngiltərə millisnin də üzvü olan Uolker 2017-ci ildən “şəhərlilər”in şərəfini qoruyur. 33 yaşlı oyunçu daha üç il mançesterlilərin şərəfini qoruyacaq.