Futbol üzrə Niderland birinci divizionunda 5-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Den Haq”la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.

“Eyndhoven” hazırda 9 xalla 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Shares: