Komandanın mövsümə uğursuz başlaması “Mançester Yunayted” rəhbərliyini narahat etmir. Daha doğrusu, nəticələr narahatedicidir, amma vəziyyətin düzələcəyinə inanırlar.
Futbolinfo.az xəbər verir ki, bu səbəbdən baş məşqçi Erik ten Haqın istefası müzakirə mövzusu deyil. Heyətdə itkilərin çox olmasını nəzərə olan idarəçilər zamanla hər şeyin qaydasına düşəcəyinə əmindir.
Xatırladaq ki, “Mançester Yunayted” ilk 5 turda 3 dəfə məğlub olub və turnir cədvəlinin 13-cü pilləsindədir.