Beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov növbəti təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, qadın həndbolçuların Avropa kuboku turnirinin ikinci mərhələsinin “Ankara Yenimahalle BSK” – “Veneso Velo” görüşündə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.
Sentyabrın 23-də Ankaranın “Qazi Mustafa Kamal Atatürk idman kompleksi”ndə keçiriləcək oyunu xorvatiyalı hakimlər briqadası idarə edəcək.