“Tottenhem”in prezidenti Daniel Levi Harri Keyn geri qaytarmaq imkanları olduğunu deyir. O, yayda “Bayern”ə satdıqları İngiltərə millisinin hücumçusunun dönüşünü mümkün sayır.
Futbolinfo.az xəbər verir ki, Levi bunu müqavilədəki bəndlə əlaqələndirib: “Harrini münhenlilərə satdıq. Amma onun anlaşmasında geryə qönüşünü mümkün edən bənd var. İstəsək, futbolçu da imtina etməsə, Keyni geri qaytara bilərik”.
Londonlu azarkeşlərin seviçlisi olan Keyn bu gün Çempionlar Liqasında “Mançester Yunayted”ə qarşı oynayacaq. “Tottenhem” hücumçunu məhz “qırmızı şeytanlar”a satmaqdan imtina etmişdi: “Bizim üçün etdiyi hər şeyə görə ona minnətdarıq. O, klubumuzda hər zaman xoş qarşılanar. Harri “Tottenhem” ailəsinin sevilən və dəyərli üzvüdür, sonsuza qədər tariximizdə yer alacaq”.