Türkiyə milli komandasının yeni baş məşqçisinin adı bəllidir. Qardaş ölkənin futbol federasiyası tezliklə yeni təyinatı açıqlayacaq.
Futbolinfo.az xəbər verir ki, Stefan Kuntsun uğursuz nəticələrdən sonra istefaya göndərilməsi rəsmiləşib. Alman mütəxəssisi italiyalı həmkarı Vinçentso Montella əvəz edəcək. 2026-cı ilin yayınadək müqavilənin detallarını razılaşdıran sabiq hücumçu tezliklə rəsmən təqdim olunacaq.
Türkiyə Montella üçün yad məkan deyil. İtaliyalı iki il “Adana Dəmirspor”u çalışdırıb və bu yay qarşılıqlı razılıq əsasında postunu tərk edib. Daha öncə “Roma”, “Kataniya”, iki dəfə “Forentina”, “Sampdoriya”, “Milan” və “Sevilya”da işləmiş mütəxəssis ilk dəfə milli komandada çalışacaq.