Azad agent statusunda olan veteran basketbolçu Duayt Hovardın “Qolden Steyt Vorriors” klubunun rəhbərliyi ilə iki gün davam edən söhbəti başa çatıb.

Mətbuatın yazdığına görə, klubun veteranları 37 yaşlı Hovardın mümkün transfer variantına xeyir-dua veriblər. Tezliklə bununla bağlı qərarın da veriləcəyi gözlənilir.

Danışıqlardan sonra Hovard San-Fransiskodan Los-Ancelesə gedib. O bu gün “Qolden Steyt”də çıxış edən Kris Pol və Dreymond Qrinlə məşq edəcək.

Shares: