MHL-nın Direktorlar Şurası “Ottava Senators” klubunun satışını rəsmən təsdiq edib. 58 yaşlı milyarder Maykl Endlauer komandanın yeni sahibidir.

O, 950 milyon dollara səhmlərin böyük hissəsinə sahib çıxıb. Bu, MHL tarixində bir klubun satışına görə ödənilən rekord məbləğdir. Əvvəlki sahiblər Anna və Olivia Melnikin (ötən il vəfat edən Yevgeniy Melnikin qızları) klubda 10% paylarını saxlayıblar.

Endlauerin yeni vəzifəsində rəsmi təqdimatı bu gün xüsusi mətbuat konfransında baş tutacaq. Məlumata görə, iş adamı klubun fəaliyyətində yaxından iştirak etmək niyyətindədir. Bu səbəbdən də o, Ottavada ev kirayələyib və vaxtının çoxunu Kanadanın paytaxtında keçirməyi planlaşdırır.

Endlauer səhiyyə sektorunda logistika və xüsusi nəqliyyat vasitələri təqdim edən “Andlauer Healthcare Group Inc”in təsisçisi və baş icraçı direktorudur.

Shares: