Kolumbiyalı velosipedçi Migel Anxel Lopez oğruların qarətinə məruz qalıb. “The Sun” qəzetinin verdiyi xəbərə görə, cinayətkarlar idmançını Kolumbiyanın Peska şəhərində yerləşən fermasının yaxınlığında yaxalayıblar.
Quldurlar Lopezi bir neçə saat evdə saxlayıb, 800 min dollar pul, mobil telefon və “Ford” markalı avtomobilini aparıblar. Hadisədən sonra 29 yaşlı Lopez polisə ifadə verib.
Xatırladaq ki, 2018-ci ildə Lopez “Giro de İtalia” və “Vuelta” çoxgünlük velomarafonlarında ümumi sıralamada üçüncü olmuşdu. Hazırda velosipedçi antidopinq qaydalarının pozuntusuna görə yarışlardan kənarlaşdırılıb.