Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçu növbəti dəfə Moldova millisinə çağırılıb.
Futbolinfo.az saytı xəbər verir ki, “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi oktyabrdakı rəsmi görüşlərdə də yığmanın düşərgəsində olacaqlar.
Sergey Kleşenkonun yetirmələri oktyabrın 8-dən bir araya gələcək. Moldovalılar oktyabrın 12-də İsveçlə yoldaşlıq görüşündə, 15-də isə Polşa ilə AVRO-2024-ün seçmə mərhələ matçında üz-üzə gələcəklər. Hər iki qarşılaşma səfərdə baş tutacaq.