“Mançester Yunayted” rəhbərliyi baş məşqçisinə jest etməyi düşünür. Klub Erik ten Haqla mövcud müqavilənin müddətini uzatmağa qərar verib.

Futbolinfo.az xəbər verir ki, bunun səbəbi niderlandlı çalışdırıcıya dəstək olmaq, ona etimadın tam olduğunu nümayiş etdirməkdir. 53 yaşlı mütəxəssislə danışıqlar tezliklə başlayacaq.

Komandanın mövsümə uğursuz başlamasından sonra ten Haqın istefası gündəmə gəlib. Ceydon Sançoyla bağlı qalmaqal isə vəziyyəti daha da kəskinləşdirib. Oyunçunun əsas heyətdən kənarlaşdırılması, məşqçinin üzr istəməyənə kimi onu bağışlamayacağını deməsi mətbuatın daim diqqətindədir. Məhz bu problemlər üzündən yeni müqavilə rəsmiləşsə, rəhbərliyin niderlandlının arxasında durduğu aydınlaşacaq.

Xatırladaq ki, ten Haq ötən yay “Ayaks”ı “Mançester Yunayted”ə dəyişib. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Shares: