Beynəlxalq yarışlardan təcrid edilən Rusiya futbolunun köməyinə Asiya və Afrika ölkələri çatır. Şimal qonşularımızın milli komandası məhz bu qitələrdən rəqib seçərək yoxlama oyunları keçirir.

Futbolinfo.az xəbər verir ki, avropalıların üz döndərdiyi ruslar indi də Keniya milli komandası ilə qarşılaşmaq üçün yerli federasiyadan razılıq alıb. Matç isə Türkiyədə reallaşacaq.

Tərəflər oktyabrın 16-da, Antalyadakı “Titanic Mardan Spor Kompleksi” stadionunda üz-üzə gəlməyə razılaşıb. Keniya Futbol Federasiyasının baş katibi Barri Otieno xəbəri təsdiqləyib.

Shares: