Cüdo ölkəmizdə ən populyar idman növlərindən biri sayılır. Yevlaxda da cüdoya böyük maraq var.
Rayonda bu idman növünün inkişafı istiqamətin böyük addımlar atılır. Hazırda rayonda uşaq və gənclərin cüdo ilə məşğul olması üçün bütün imkanlar yaradılıb.
Hazırda Yevlax komandası qarşıdan gələn Azərbaycan birinciliyinə hazırlaşır. Ən güclü heyət yığılıb və ölkə birinciliyində fəxri mükafat üçün mübarizəyə hazırlıq gedir. Komandanın baş məşqçisi Naib Balaşov tələbələrin hazırlıq prosesindən razıdı. O, mükafatçılar sırasında yevlaxlı cüdoçuların olacağını inanır.
Yarışda iştirak edəcək tatami ustaları qarşıdakı yarışa cox ciddi hazırlaşır. Onlar çəkdikləri əziyyətin qarşılığını alacaqlarına və mükafatçılar sırasına düşə biləcəklərinə inanırlar.
Komandanın ən prespektivli cüdoçularından biri də Allahverdi Zeynalzadədi. 2009 təvəllüdlü tatami ustasıda ölkə birinciliyində mükafatçılar sırasına düşmək üçün mübarizə aparacaq. Bunun üçün o, hər həftə ərzində təşkil olunan məşq proseslərində səylə hazırlaşır.
Qeyd edək ki, ölkə birinciliyində yüksək yer tutan cüdoçular Azərbaycan millisinin tərkibinə cəlb olunacaq.
BƏHRUZ MUSAYEV, YEVLAX
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu