Leroy Sane uzunmüddətli müqavilə bağlamaq istəyir. O, hər hansı klubla anlaşsa, azı 5 mövsümlük anlaşma tələb edəcək.
Futbolinfo.az xəbər verir ki, “Bayern” Almaniya millisinin üzvü ilə yeni müqavilə bağlamaqda maraqlıdır. Rəsmi təklif olmasa da, bu barədə futbolçuya məlumat verilib. Münhenlilər əsas heyət üzvündən məmnundur və onun klubda qalmasını istəyir.
Sane isə tələsmir. O, gələcək taleyini yayda müəyyənləşdirmək niyyətindədir. Leroy “Bayern”də qalmağa razıdır. Amma tələbləri yerinə yetirilməsə, futbolçu gedəcəyi klubdan da eyni şeyləri istəyəcək. Onun maaş tələbi sirrdir, lakin azı 5 illik müqavilədə israrlıdır.
Üç il öncə “Mançester Siti”dən 49 milyon avroya transfer edilən Sanenin münhenlilərlə müqaviləsi növbəti mövsümün sonunda bitəcək. Münhenlilər də 27 yaşlı cinah hücumçusunu itirmək istəmir. Onunla bağlı məsələ qarşıdakı yay həll edilməlidir ki, sonradan azad agent kimi klubu tərk etməsin.