Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı keçmiş müdafiəçi paytaxt təmsilçisinin Bakıda “Zenit”ə qarşı yoldaşlıq oyununda meydanda olacaq.

Noyabrın 18-də keçiriləcək “Neftçi” – “Zenit” qarşılaşması saat 21:00-da başlayacaq. Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib, 2011-ci və 2012-ci illərdə bu komandanın heyətində Azərbaycan çempionu olub.

Shares: