Dünyanın topla ən sürətli qaçan futbolçularının siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, FİFA-nın göstərişi ilə rəsmi şəkildə hazırlanan siyahıda ilk pilləni “Real”ın və Uels millisinin üzvü Qaret Beyl tutub.
O, topla  36,9 кm/saat sürət yığa bilir. Meksikanın "Paçuka" klubunun futbolçusu Yurgen Dammın göstəricisi 35,23 km/saatdı. 3-cü yerdə isə "Mançester Yunayted"dən Antonio Valensiya qərarlaşıb – 35.1 km/saat.
İlk onluq belədi:
 
Siyahıda sonrakı yerlər belədi:
Qaret Beyl (36,9 кm/saat)
Yurgen Damm (35,23 km/saat)
Antonio Valensiya (35.1 km/saat)
Aron Lennon (33,8 km/saat)
Kriştiano Ronaldo (33,6 km/saat)
Тео Uolkott (32,7 km/saat)
Lionel Messi (32,5 km/saat)
Ueyn Runi (31,2 km/saat)
Frank Riberi  (30,7 km/saat) 
Serxio Ramos (30,6 km/saat).
Shares: