Qabi Veyqa Avropaya qayıda bilər. Yayda Səudiyyə Ərəbistanına gedişi böyük səs-küy doğuran oyunçunun “Selta”ya dönüşü mümkündür.

Futbolinfo.az xəbər verir ki, daha çox yaşlı, karyerasının son illərini yaşayan ulduzların getdiyi Asiyaya Veyqanın da yollanması Avropa mətbuatında ciddi işıqlandırılmışdı. 21 yaşlı istedadın pulu seçməsinə hətta “Real”ın yarımmüdafiəçisi Toni Kroos da biganə qalmamış, onu tənqid etmişdi.

İndi Veyqa özü də peşman olub. O, “Əl Əhli” ilə çempionluğa doğru irəliləsə də, futboldan zövq almır. Amma futbolçu qışda icarə əsasında Viqo klubuna dönməyi düşünmür. Qabi ən azı yayadək səbr etmək niyyətindədir.

Shares: