Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 21-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.   
Belə ki, “Turan-Tovuz” – “Şuşa Qarabağ” matçında qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Həmin oyunun 79-cu dəqiqəsində Tovuz təmsilçisinin futbolçusu Emin Mirzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubuna isə 20 manat məbləğində cərimə kəsilib. 
“Energetik” – “Rəvan” matçının 5-ci dəqiqəsində ev sahibi komandanın qapıçısı Emin Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.
 “Göyəzən”lə oyunun 76-cı dəqiqəsində “Şahdağ”ın futbolçusu Şıxqayıb Şıxqayıbov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 20 manat cərimə olunubş.
(affa.az)
Shares: