AVRO-2024-ün seçmə mərhələsinin son oyununda Azərbaycan millisini qəbul edəcək Belçika yığmasında daha bir itki baş verib.
Futbolinfo.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” yarımmüdafiəçi Amadu Onananın xidmətindən məhrum qalıb.
Baldır nayihəsindən zədə alan 22 yaşlı orta sahə oyunçusunun yığmamızla matçı buraxacağı dəqiqləşib. Bu səbəbdən gənc futbolçu millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.