“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyusson kluba qayıda bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Futbolinfo.az xəbər verir ki, klubun səhmlərinin 25 faizini alması gözlənilən Cim Ratkliff Ferqyussonu özünün məsləhətçisi kimi görmək istəyir. İş adamı təcrübəli çalışdırıcı ilə idman direktoru vəzifəsinə namizədləri müzakirə etməyi planlaşdırır. Şotlandiyalı mütəxəssisin bu vəzifədə əsas namizədinin “Kristal Pelas”ın idman direktoru Duqi Fridman olduğu vurğulanır.

Shares: