İngiltərə Premyer Liqasının maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Everton”un 10 xaldan məhrum etməsi qərarı “Mançester Siti” və “Çelsi”yə də təsir edə bilər. Bu barədə “Daily Mail” məlumat yayıb.

Futbolinfo.az xəbər verir ki, hər iki klub maliyyə feyr-pley qaydalarını pozmaqda təqsirli bilinərsə, Premyer Liqadan kənarlaşdırılacaq.

Məlumatda qeyd olunur ki, aşağı liqaya düşməkdən əlavə, “Çelsi” və “Mançester Siti” də əvvəlki liqa titullarından məhrum edilə, xallar silinə və transfer qadağası tətbiq oluna bilər. Bütün bunlar yalnız klubların FFP-ni pozmaqda günahı sübuta yetirildiyi halda baş verəcək.

Məlumata görə, “Mançester Siti”nin ötən mövsüm 100-dən çox maliyyə fair-pley qaydalarını pozması ilə bağlı ittiham irəli sürülüb və araşdırmanın nəticəsi hələ də gözlənilir. “Çelsi”nin yeni ABŞ-lı sahibləri isə bu yaxınlarda Premyer Liqa ilə əlaqə saxlayaraq 2012-ci ildən 2019-cu ilə qədər olan dövrdə Roman Abramoviçin rəhbərliyi altında klubda əməliyyatların onlar haqqında natamam maliyyə məlumatları ilə aparıldığını söyləyib.

Xatırladaq ki, bu gün İngiltərə Premyer Liqası maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Everton”u turnir cədvəlindəki 10 xaldan məhrum edib. Bu səbəbdən də aktivində cəmi 4 xalı qalan Liverpul təmsilçisi 19-cu pilləyə enib.

Shares: