Formula 1 üzrə Las-Veqas qran-prisinin 3 sərbəst yürüşlərindən ikisi qırmızı bayraqlarla dayandırılıb.

3-cü sərbəst yürüşlərin sonlarında Aleksandr Elbon divara çırpılıb. Nəticədə “Vilyams” bolidinin təkəri qoparaq trassa yuvarlanıb. Stüardlar praktikanı dayandırmaq məcburiyyətində qalıblar. Vaxtın da azlığını nəzərə alaraq sessiya bərpa edilməyib.

Xatırladaq ki, dünən keçirilən ilk sərbəst yürüşlərin əvvəlində də kanalizasiya qapağı maşınlara xəsarət yetirdiyindən qırmızı bayraq rejimi elan edilmişdi.

6e619b33 5745 4321 8ef6 433da0f6ef6f - Futbolinfo.az
Shares: