Tennis üzrə yekun turnirin qrup mərhələsi başa çatıb. Dünən keçirilən oyunlardan sonra yarımfinal cütlükləri müəyyənləşib.

İspaniyalı tennisçi Karlos Alkaras 2 setdə rusiyalı Daniil Medvedevə qalib gəlib. Hər iki set 6:4 hesabı ilə başa çatıb. Bununla da o, qrupu 1-ci pillədə tamamlamağı bacarıb.

Alkaras qələbəni çox maraqlı tərzdə bayram edib. Tennisdə idmançılar oyundan sonra kamera üzərində flomasterlə yazı yazırlar. Alkaras da bunu Ronaldosayağı edib. O, kameranın obyektivinin üzərinə “Yarımfinal, siuuuu!” yazıb.

Yarimfinalda bü gün Sinnerlə Medvedev, Alkarasla da Cokoviç qarşılaşacaq. İlk oyun Bakı vaxtı ilə saat 17:30-da Sinnerlə Medvedev arasında olacaq. Digər yarımfinalın başlama saatı 00:00-dır.

Shares: