Belçika millisi daha bir itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq “qırmızı şeytanlar”da ikinci qapıçı da sıradan çıxıb. Tibo Kurtua zədə səbəbindən komandaya çağırılmamışdısa, Arnaud Bodart səhhətində problem yaşadığından, qarşıdakı matçı buraxacaq.

25 yaşlı qolkiper təlim-məşq toplanışı zamanı düşərgədə olub. Lakin sağalmadığından, kollektivlə birlikdə məşqlərə qoşula bilməyib. Baş məşqçi Domeniko Tedesko isə Azərbaycanla qarşılaşma öncəsi onu heyətdən uzaqlaşdırmaq qərarına gəlib. Ondan əvvəl isə yarımmüdafiəçi Amadu Onana yığmanın düşərgəsini tərk etmişdi.

Qeyd edək ki, sabah Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Shares: