Bu gün Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4 -cü turunun növbəti oyunu baş tutub. “Gəncə” klubu doğma azarkeşləri önündə “Xırdalan” basketbolçularını qəbul edib.
Oyunun sonlarına yaxın üstünlüyünü möhkəmləndirən “Gəncə” rəqibi üzərində 88:74 hesablı qələbə qazanıb. Bu, gəncəlilərin çempionatda ilk qələbəsi olub.
Oyunun ən məhsuldar basketbolçuları “Gəncə”dən İrşad Hant (26 xal, 13 ribaund), “Xırdalan”dan Cessi Qi (21 xal, 5 asist) olub.
Qeyd edək ki, 4 -cü turun növbəti oyunları (“Şəki” – “Cəlilabad”, “Sabah” – “Sərhədçi”) sabah baş tutacaq.