Luis Qustavo vətənində oynayacaq. 36 yaşlı braziliyalı “San-Paulu” ilə razılıq əldə edib.

Futbolinfo.az xəbər verir ki, yayda “Əl Nəsr”lə vidalaşdıqdan sonra azad agent olan yarımmüdafiəçi iki illik anlaşma imzalamaq üzrədir. Tərəflər müqavilənin bütün detallarını razılaşdırıb.

Almaniya, Fransa və Türkiyə klublarında oynamış Luis 15 ildən sonra vətənə qayıdır. O, axırıncı dəfə 2008-də “Korintians”da çıxış etmişdi.

Shares: