Formula 1 üzrə Las-Veqas qran-prisinə yekun vurulub. Kazinolar şəhərində keçirilən yarışın qalibi, adət etdiyimiz kimi, Maks Ferstappen olub.

Onun bu dəfə qazandığı qələbəni digərləri ilə müqayisə etmək olmaz. Maks birinci olmaq üçün kifayət qədər əziyyət çəkib. Dünən keçirilən təsnifatda 1-ci yerdən start vermək hüququnu əldə edən Şarl Lekler gözəl yarışı ilə seçilib. İlk döngədə liderliyi itirməsinə baxmayaraq, yarışın sonrakı gedişatında yüksək ustalıq nümayiş etdirən “Ferrari” pilotu podiumun 2-ci pilləsinə qalxmağı bacarıb.

Meksikalı sürücü Serxio Peres isə əlinə düşən fürsətlərdən yararlana bilməyib. Yarışın ortalarında təhlükəsizlik maşınının çıxması onun üçün gözəl şans yaradıb. Lakin “Red Bull” pilotu mübarizəni yalnız üçüncü yerdə tamamlayıb.

19-cu yerdən start alan Lens Strollun 5-ci yer tutması da qeyd edilməlidir. “Aston Martin” sürücüsü bu dəfə məşhur komanda yoldaşı Fernanado Alonsodan daha yaxşı nəticə göstərib.

Shares: