Avro-2024-ün seçmə mərhələsində bu gün keçirilən Belçika – Azərbaycan matçının təşkilatçıları ciddi səhvə yol verib. Oyundan əvvəl Azərbaycanın yox, İsveçin himni səsləndirilib.

Bu millimizin futbolçularının, məşqçi heyətinin çaşqınlığına səbəb olub. Belçikanın himni səsləndirildikdən sonra səhv aradan qaldırılıb və Azərbaycanın dövlət himni səsləndirilib.

Stadionun diktoru bu səhvə görə üzr istəyib.

Himnin səhv səsləndirilməsinə görə oyun 4 dəqiqə gec başlayıb.

Shares: