Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avro-2024-ün seçmə mərhələsində Azərbaycana 5:0 hesabı ilə qalib gəlmələri barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında qitə çempionatının əsas mərhələsinədək komandasının üstün tərəflərini daha da təkmilləşdirmək istədiyini deyib: “Azarkeşlər həmişə Avropa çempionluğunu xəyal edə bilərlər. Ancaq biz təvazökar olmalı və çox çalışmağa davam etməliyik. Bizim üçün əsas məqsəd nəyi yaxşı etdiyimizi görməkdir. Bu cür davam etmək və yaxşı məqamları təkmilləşdirmək istəyirik. Avropa çempionatında favorit olub-olmayacağımızı bilmirəm. Digər komandaların oyunlarına baxmıram. Yalnız öz komandamızla maraqlanıram”.

O, oyunda 4 qola imza atan futbolçusu Romelu Lukakudan da bəhs edib: “Lukaku çox sərrast görünür. O, fantastik hücumçu və insandır”.

Qeyd edək ki, Belçika yığması F qrupunu 20 xalla 1-ci pillədə başa vurub. Azərbaycan millisi isə 7 xalla qrupu 4-cü yeri tutub.

Shares: