Cüdoçu Teddi Riner UFC-nin ona müqavilə təklif etdiyini bildirib.

“NFL və UFC-dən təkliflər almışdım. UFC 15 milyon təklif edirdi. Müxtəlif variantlar var idi. Lakin mən fikrimi cüdoya verməliyəm. Məqsədim Olimpiadadır. Mən öz növümdə ən güclüləri məğlub etməliyəm”, – deyə üçqat olimpiya çempionu qeyd edib.

34 yaşlı Riner cüdo üzrə dünya çempionatları tarixində ən titullu idmançıdır. O, 100 kq-dan ağır çəkidə 12 dəfə dünya çempionu olub.

Shares: