“Barselona” AÇ-2024-ün seçmə mərhələsinin İspaniya – Gürcüstan matçında (3:1) yarımmüdafiəçisi Qavinin zədələnməsinə görə FİFA-dan təzminat alacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Klub dünyanın ali futbol qurumundan 3 milyondan 4,3 milyona qədər təzminat alacağı bildirilib.

“Barselona” müdafiə proqramı çərçivəsində FİFA-dan ödəniş tələb edəcək. Kompensasiya oyunçunun zədələnməsindən sonra 28-ci gündə yığılmağa başlayacaq və onun sabit maaşından asılı olacaq. Bir oyunçunun zədələnməsinə görə maksimum kompensasiya illik 7,5 milyon avro və ya günlük 20,548 avrodur.

“Barselona”ya ediləcək ödənişlərin məbləği dekabrın 16-dan etibarən hesablanacaq.

Qavinin minimum 6 aylıq zədləndiyi bildirildi. Beləliklə, FİFA-dan alınacaq təzminatın məbləği 3 082 200 avrodan 4 315 080 avroya qədər ola bilər.

Shares: