Ötən gün "Neftçi" klubunda daha bir ayrılıq reallaşıb. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin sabiq prezidenti Sadıq Sadıqovun oğlu İbrahim Sadıqlı klubdakı departament rəhbəri vəzifəsindən istefa verib.
Sadıqlı bu barədə "Facebook"dakı şəxsi hesabıdan açıqlama verib: "Bu gün öz istəyimlə "Neftçi"də işdən ayrıldım. Güloğlan Cabbarov. Mübariz Xudiyev, Gündüz Abbaszadə, Elnur Əşrəfoğlu kimi qardaşlarla 4 il bir yerdə xeyli uğur qazandıq. Qardaşlar, Allah sizdən razı olsun, haqqınızı halal edin. Mənim nəsə haqqım varsa, halal olsun. Bundan sonra "Neftçi" klubuna ən böyük uğurları arzulayıram. Ən böyük "Neftçi".