“Atletiko” “Betis”in oyunçusunu transfer etmk istəyir. Quido Rodriges yayda Madrid klubunun düşərgəsinə yollanacaq.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu keçidin əleyhinə deyil. Argentinalı özü də həmyerlisi Dieqo Simeonenin rəhbərliyi altında oynamağa can atır.

2020-ci ildə “Almeriya”dan 4 milyon avroya alınan Rodrigesin sevilyalılarla müqaviləsi mövsümün sonunda bitəcək. Bu üzdən “Betis” onu məhz qışda satmaq istəyir. Futbolçu yeni anlaşmadan imtina etdiyi üçün klubu onu fasilədə sata bilməsə, yayda azad agent kimi getməsinə mane ola bilməyəcək.

“Atletiko” isə tələb olunan 29 milyon avronu ödəməkdənsə, yayı gözləmək niyyətindədir. Futbolçu da madridlilərə qatılmaq istədiyindən qışda “Betis”dən ayrılmağı düşünmür.

Shares: