Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasını erkən tərk edib. O, tədbir başlayandan cəmi 10 dəqiqə sonra iclasa vida edib.

Yəqin ki, bu hərəkətin səbəbləri tezliklə açıqlanacaq. Amma yığmanın baş məşqçisinin uğursuz bitən seçmə mərhələ ilə bağlı hesabatı, jurnalistlərlə münaqişə barədə deyəcəkləri 10 dəqiqəyə sığmamalı idi. Görünür, o, bütün bunların heç nəy dəyişməyəcəyini bildiyi üçün növbəti hörmətsizliyi AFFA rəhbərliyinə edib.

Xatırladaq ki, saat 10.00-da başlayan iclas hələ də davam edir. Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarovun olmadığı toplantının yeganə müzakrə mövzusu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmaması məsələsidir.

Shares: