Yannik Karrasko Dieqo Simeoneni unuda bilmir. Uzun müddət “Atletiko”da oynayan, bu yay Səudiyyə “Əl Şahab”ına keçən 30 yaşlı yarımmüdafiəçi hələ də madridlilərin baş məşqçisindən danışır.

Futbolinfo.az xəbər verir ki, Belçika millisinin üzvü argentinalı çalışdırı ilə əlaqələrini qoruyur: “Simeone ilə hələ də danışırıq. Müqavilə müddətini uzatdığı üçün xoşbəxtəm. O, həm yaxşı məşqçi, həm də əla insandır. Uzun illər birlikdə işlədik, rəhbərliyi altında 300-dək oyuna çıxdım. Onunla qırılmaz bağlarımız yarandı”.

Karrasko özünü əsgər sayır: “Onun bir əsgəri olduğumu hər zaman bilirdi. Heç şikayət etmədən çalışdım. Bəzən məni heç xoşlamadığım mövqelərdə oynatdı. Amma komandanı düşündüyü üçün belə edirdi və razılaşırdım. İndi daha gənc deyiləm və onun addımlarını daha yaxşı başa düşməyə başlamışam”.

Shares: