“Leypsiq” “Qranada”nın ispan yarımmüdafiəçisi Brian Saraqosa ilə maraqlanır. Almaniya klubunun bu istəyi səbəbsiz deyil.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi qışda MLS-ə köçməyə hazırlaşan Emil Forsberqə əvəzedici axtarır. “Nyu York Red Bulls”a keçmək üzrə olan İsveç millisinin üzvünü məhz Saraqosa əvəzləməlidir.
“Leypsiq” transfer üçün 14 milyon avro xərcləyəcək. Çünki futbolçunun “Qranada” ilə müqaviləsində sərbəstqalma bəndi məhz bu rəqəmlə ölçülür. Futbolçu özü də keçidə razılıq versə, yanvarda keçid tamamlanacaq.