Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Maria tezliklə yığmadakı karyerasını başa vuracağını açıqlayıb.
Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bunu söyləyib:
“Ruhumda ağrı və boğazımda bir düyün hissi ilə bütün karyeramda başıma gələn ən gözəl şeyə “əlvida” deyirəm”.
35 yaşlı yarımmüdafiəçi ümumilikdə yığmanın heyətində 136 oyun keçirib və 29 qol vurub. Milli komanda ilə Di Maria 2021-ci ildə Amerika kubokunun qalibi, 2022-ci ildə isə dünya çempionu olub.