Azərbaycan Badminton Federasiyası ikinci dəfə beynəlxalq “feyr pley” mükafatına layiq görülüb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu Bakıda təşkil olunan Konqresdə bildirib.

O, federasiyanın fəaliyyətində dinamik inkişafın hiss olunduğunu bildirib:

“İdman dəyərlərini necə üstün tutduqları görünür. Təbii ki, Azərbaycan Badminton Federasiyasının bu cür fəaliyyəti Avropada bir nümunədir və məhz onların beynəlxalq münsiflər heyəti tərəfindən yekdilliklə bu mükafata layiq görülməsi təəccüblü sayılmamalıdır. Bu mükafatın məhz Bakıda təqdim olunması isə həm bizim, həm də federasiya üçün ayrı bir həyəcandır”.

Shares: