UEFA Millətlər Liqası çərçivəsində səfərdə Kipr, Bakıda Farer adaları yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.
Yığmamız qeyd olunan matçlara hazırlıq məqsədilə noyabrın 27-dən Kiprdə təlim-məşq toplanışına başlayacaq.
Komandamız dekabrın 1-də səfərdə Kiprlə, 4 gün sonra “Dalğa Arena”da Farer adaları ilə üz-üzə gələcək.
- Şərifova Aytac – Trabzonspor (Türkiyə)
- Əliyeva Nərgiz – KDZ Eregli Spor (Türkiyə)
- İsmayılova Günay – Neftçi
- Mirzəliyeva Nigar – Zenit (Rusiya)
- Məmmədova Kamilla – Doğuş Gold Asya Spor (Türkiyə)
- Hacıyeva Nərgiz – Trabzonspor (Türkiyə)
- Mollayeva Manə – Neftçi
- Əhmədova Ayşən – PAOK (Yunanıstan)
- Bakarandze Kristina – Qalatasaray (Türkiyə)
- Məmmədova Diana – Yenisey (Rusiya)
- Əliyeva Coşqunə – Neftçi
- Manya Esra – Beşiktaş (Türkiyə)
- Seyfəddinova Vüsalə – Fomget GSK (Türkiyə)
- Teymurova Firəngiz – Neftçi
- Acar Yeliz – Fatih Vətən (Türkiyə)
- Bozdağ Peritan – Fatih Vətən (Türkiyə)
- Dorofeyeva Alina – Yenisey (Rusiya)
- Cəfərzadə Sevinc – Krasnodar (Rusiya )
- Rəhimova Sona – Girəsun Sanayispor (Türkiyə)
- Məhsimova Jalə – Amedspor (Türkiyə)
- Rəhimova Milana – Neftçi
- Əliyeva Aysun – Neftçi
- Cəfərova Fidan – Baku Juniors Football Club