Futbol üzrə Niderland birinci divizionunda 16-cı turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Qroningen”lə qarşılaşıb və 1:2 hesabıyla məğlub olub.
Ozan da bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb.
“Eyndhoven” hazırda 21 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.