AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət İsveçrə və İsveç yığmalarının Millətlər Liqasındakı oyununda UEFA nümayəndəsi olacaq.

Qarşılaşma dekabrın 1-də Lütsern şəhərində keçiriləcək.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva isə bu turnirdəki Serbiya – Ukrayna görüşündə eyni vəzifəni yerinə yetirəcək. Bu matç dekabrın 5-də Stara-Pazova şəhərində gerçəkləşəcək.

Shares: