“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyunu ilə bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları oyunla bağlı bunları söyləyib:
“Belə oyundan sonra danışmaq çətindir. Üzücü məğlubiyyət aldıq. Buraxdığımız birinci qola qədər bərabər oyun gedirdi. Bu qol komandanın oyununa mənfi təsdir etdi. İkinci hissədə dəyişiklik etdik. Bilirdik ki, rəqib əks hücumlarda çox güclüdür. Üçüncü qoldan sonra sistemi dəyişdik, bütün hücumameylli futbolçuları oyuna buraxdıq. Bir qol bizi həvəsləndirə bilərdi. Təəssüf ki, alınmadı. Həqiqətən “Qəbələ” bu gün ikinci hissədə bütün komponentlərdə bizi üstələdi. Üzücü məğlubiyyətdir. Bundan dərs çıxarmalıyıq. Toparlanmaq lazımdır. Mövsüm uzundur. Futbolçulara da bildirdim ki, belə məğlubiyətdən sonra toparlanmaq vacibdir. Sabah özümüzü çətin duruma sala bilərik. Futbolçularıma inanıram. Gələcək oyunlarda azarkeşlərimizi sevindirəcəyik”.