Türkiyənin 1-ci liqasında 13-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Göztəpə” ilə qarşılaşıb və 0:2 hesablı məğlubiyyətə üzülüb.
Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.
“Tuzlaspor” hesabındakı 11 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.