“Şamaxı”nın yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Vüqar Əsgərlinin istefasından sonra klub rəhbərliyi komandanı daha yaxından tanıyan bir mütəxəssisə ehtiyac olduğunu nəzərə alaraq, hazırda bu klubun İdarə Heyətinin sədr müavini olan Ramiz Məmmədovu bu işə cəlb edib.
Ramiz Məmmədov İdarə heyətinin sədr müavini olmaqla yanaşı, mövsümün sonuna kimi komandanın baş məşqçisi kimi də fəaliyyət göstərəcək.