Bolqarıstan çempionatında 3-cü turdan təxirə salınmış oyunlar keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda evdə Sofiya ÇSKA-sı ilə qarşılaşıb və 0:3 hesablı məğlubiyyətə üzülüb.

Cəlal da bu matçın iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 89-cu dəqiqədə sarı vərəqə də alıb.

“Arda” hazırda 28 xalla 7-ci pillədə qərarlaşıb.

Shares: