Futbol üzrə Niderland birinci divizionunda 15-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Oss”la qarşılaşıb. Matç qolsuz bitib – 0:0.
Ozan da bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb.
“Eyndhoven” hazırda 22 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.